Şuşa
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Canlixeber.com xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil: “Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa […]
Şuşada tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılacaq
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin qiyməti 2 milyon 461 min 587,40 manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsinin bərpa-konservasiyası işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur. […]
Şuşada bir ton çətənə kolu məhv edilib
Şuşa şəhərinin Xəlfəli kəndi ərazisində ümumi çəkisi bir ton olan 2010 ədəd çətənə kolu məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yabanı halda bitən narkotik tərkibli bitkilər Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində aşkar edilib.
Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi ev bərpa olunub
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad olunduğunu bildirib. İ.İsmayılov qeyd edib ki, […]
