1 min read

Beyləqan sakini sirkə turşusundan zəhərlənib öldü

Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib. Canlixeber.com əbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma […]

3 mins read

Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək

Sabirabad rayonunda əkin sahələrinin yararsız hala düşməsinə səbəb olan qrunt suları probleminin həlli istiqamətində tədbirlər görüləcək. Canlixeber.com “Report”ə istinadla xəbər verir ki, rayonun Qasımbəyli kənd inzibati ərazi dairəsində yaşayan sakinlər uzun illərdir qrunt sularının yaratdığı çətinliklərlə üzləşirlər. Sakinlərin sözlərinə görə, Kür və Araz çayları, həmçinin Sarısu gölü əhatəsində yerləşən ərazidə vaxtilə qrunt sularının kənarlaşdırılması üçün […]

1 min read

“Qarabağ” onunla müqavilə müddətini uzatdı

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb. Canlixener.com xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb. Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib: “Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. […]

1 min read

Azərbaycanın 3×3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), […]

1 min read

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında Estoniya ilə üz-üzə gələcək

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Estoniya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da start götürəcək. Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.

3 mins read

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Canlixebər.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, […]

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 7-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Bu gün hava necə olacaq

Azərbaycanda iyunun 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, […]

1 min read

Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.