Tərtərdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb
Tərtərdə baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb.
Canlixeber.com xəbər verir ki, qəza hadisəsi Bərdə- Ağdam yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını Ağdam -Mingəçevir xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusla toqquşub.
Nəticədə “Ford ” markalı mikroavtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb
