İdman
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq. Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda […]
“Qarabağ”ın yetirməsi “Şəfa”da
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq “Kəpəz”in formasını geyinib. Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. […]
Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub. Canlixeber.com xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət “üçlük” bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Adıçəkilənlər həmçinin “AGF Trophy” kubokunun qalibi olublar. Qeyd edək ki, iyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.
“Şamaxı” klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə bağlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisindən məlumat verilib. H.İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək. Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümündə 38 xalla 8-ci olub.
“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb
“Zirə” qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən “Zirə”də çıxış edib.
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək
Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib. Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər. Xatırladaq ki, Azərbaycanın minifutbol […]
Qarabağ” sevgisi okeanı aşdı…
Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib. Canlixeber.com xəbər verir ki, sağ cinah müdafiəçi Braziliyada çəkilmiş fotonu izləyiciləri ilə bölüşüb. “Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, – o yazıb. Paylaşımda maraq […]
“Qarabağ” onunla müqavilə müddətini uzatdı
“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb. Canlixener.com xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb. Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib: “Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. […]
Azərbaycanın 3×3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), […]
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında Estoniya ilə üz-üzə gələcək
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Estoniya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da start götürəcək. Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.
