Renat Dadaşov klubsuz qaldı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.
Canlixeber.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: “Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. Onun müqaviləsinin müddəti bu il iyulun 15-də başa çatıb.
