İdman
Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Canloxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar. Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək. Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
Millimiz Almaniya ilə qarşılaşacaq
Bu gün Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti görüşə çıxacaq. Canlixeber.com xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv saat 21:00-da 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.
Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək. Görüş saat 18:00-da start götürəcək. Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı – SƏRƏNCAM
Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni […]
“Karvan-Yevlax”da növbəti ayrılıq
“Karvan-Yevlax” klubu Qavi Thompsonla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib. Qeyd edək ki, nigeriyalı 26 yaşlı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.
Milli komandamız bu gün Malta ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq […]
“Qarabağ” Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Riyeka” klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb. Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bildirilir ki, bu keçiddən “Riyeka” təxminən 500 min avro gəlir əldə […]
Azərbaycan millisi Avropa çempionatının finalında
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib. “Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib. Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb. Azərbaycan millisi finalda […]
Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub. Canlixeber.com xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb. İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar. […]
