İdman
“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb. Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.
“Qəbələ” klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı
“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Kot-d’İvuardan olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, Azərbaycan Kubokunda […]
“Şəfa” Arsen Ağcabəyovu transfer etdi
“Şəfa” daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb. O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib. Arsen Ağcabəyova “Şəfa”da uğurlar arzulayırıq!
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət bəlli olub
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət müəyyənləşib. Canlixeber.com Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, 2028-ci ildə təşkil olunacaq mundialın Avropa zonası üzrə əsas mərhələsinin püşkatması üçün səbətlərin tərkibi açıqlanıb. Püşkatmada 36 komanda hər birində 12 yığma olmaqla 3 səbətə bölünüb. Reqlamentə əsasən, hər qrupda 3 komanda yer alacaq və […]
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu mövsümün sonunda “Qarabağ” ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş “Şəfa” klubuna keçəcək. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, Ramil Şeydayev son mövsüm “Qarabağ”ın […]
“Qarabağ”dan yeni transfer bombası: Gənc braziliyalı hücumçu yoldadır
“Qarabağ” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir və hazırda 21 yaşlı braziliyalı forvard Daniel Troiano ilə rəsmi müqavilə imzalamaq istiqamətində fəal danışıqlar aparır. Canlixeber.com xarici mətbuata istinadən xəbər verir ki, bu transferin yaxın vaxtlarda reallaşma ehtimalı olduqca yüksək qiymətləndirilir. Verilən məlumatlara görə, rəsmi müqavilə ilə Braziliyanın “Fortaleza” klubuna məxsus olan hücumçu geridə qalan […]
“Turan Tovuz” “Şamaxı”nın futbolçusunu transfer etdi
“Şamaxı” klubunun futbolçusu Dioqo Balau transferi ilə bağlı “Turan Tovuz” klubu ilə razılıq əldə edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirib. Qeyd edək ki, ötən mövsümün əvvəlində komandaya qoşulan Balau “Şamaxı” forması ilə üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
“Turan Tovuz” Şəhriyar Əliyevlə vidalaşıb
“Turan Tovuz” Şəhriyar Əliyevlə vidalaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tovuz klubundan bildirilib. Müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, 2022/2023 mövsümündən “Turan Tovuz”un formasını geyinirdi.
Çempionla yollar ayrılır – Premyer Liqa klubu hərəkətə keçdi
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” heyətin əsas üzvlərindən biri ilə yolları ayıracaq. Söhbət komandanın yarımmüdafiəçisi Emin Zamanovdan gedir. Canlixeber.com İdmanxeber.az-a istinadla xəbər verir ki, E.Zamanov paytaxt təmsilçisindən ayrılsa da, növbəti mövsüm Premyer Liqada oynaya bilər. Belə ki, onun xidmətində “Şamaxı” klubu maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi ötən […]
“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb
“Şəfa” növbəti transferini reallaşdırıb. Canlixeber.com kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb. N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. 25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.
