Hadisə
Goranboyda evdən yeniyetmənin meyiti tapılıb
Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda zəlzələ baş verib
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR
Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlətdiyi deyilən “Vital Hospital”da bir sıra qanun pozuntuları aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsaslanaraq, 21-23 iyul 2026-cı il tarixləri arasında Səhiyyə Nazirliyi […]
Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub
Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı – Ölənlər var
Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il […]
Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı
Lənkəranda axtarışda olan kişinin meyiti kanaldan tapılıb. Canlixeber.com xəbər verir ki, Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin cəsədi Bəllərbur kəndinin ərazisindəki kanalda aşkarlanıb. Məlumata görə, mərhum iyulun 26-da itkin düşüb və axtarışa verilibmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Xankəndi – Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var
Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı
Ağcabədidə kişi itkin düşüb. Canlixeber.com xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus “Mercedes-Benz” markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Ucarda ağır qəza – Ölənlər var
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb. Digər piyada və […]
Bloqer Müjgan həbs edildi
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən tiktoker həbs edilib. Canlixeber.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı […]
