Hadisə
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar sərgiləyən və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib. Oxu.Az “Unikal”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, […]
Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb
Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib. Hələki şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı kişi ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cərəyanı kişini vurub və o, yanaraq ölüb. Hazırda ölən şəxsin kimliyi və onun transformatora hansı cəbəbdən müdaxilə […]
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım […]
Kəlbəcərdə dərədə qalan 58 yaşlı şəxs xilas olundu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq […]
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda avtomobil piyadanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə Səbail rayonu, Həsən Seyidbəyli və Bünyad Sərdarov küçələrinin kəsişməsində qeydə alınıb. Əkrəm Yaqub oğlu Baxşıyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Cəmilə Ağaməmməd qızı Şirəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Sumqayıtda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi […]
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bilgəhdə dənizdə bir nəfər batıb
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda […]
