Cəlilabadda iki minik avtomobili toqquşdu, xəsarət alanlar var
1 min read

Cəlilabadda iki minik avtomobili toqquşdu, xəsarət alanlar var

Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralından Göytəpə şəhərinə keçən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

Hadisənin başvermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.