Hadisə
Beyləqanda altıotaqlı fərdi yaşayış evi yanıb KÜLƏ DÖNDÜ
Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. […]
Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundan olan həmyerlimiz Niderlandda faciəvi şəkildə həyatını itirib. Canlixeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Aşağı Saral kənd sakini olan 18 yaşlı Raliz Rəqimov göldə boğulub. O, işləmək məqsədilə Niderlanda gedibmiş.
5-ci sinif şagirdi vəfat etdi
Binəqədidə məktəbli qız vəfat edib. Canlixeber.com xəbər verir ki, dünyasını dəyişən A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Rüqəyyə Tanrıverdiyevadır. O, xəstəlikdən həyatını itirib.
Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
Cəlilabad sakini suda boğulub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Göyçayda qəzada ölən yeniyetmə VII sinif şagirdi imiş
Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub. Qeyd edək […]
Cəlilabadda canavarlar təsərrüfata hücum edib, 40-ya yaxın heyvan tələf olub
Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur. Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə […]
Zaqatalada narkotik çəkən sürücü həbs olundu
Zaqatalada yol polisi narkotik vasitənin təsiri altında avtomobil idarə edən 32 yaşlı Oruc Muradzadəni saxlayıb. Canlixeber.com xəbər verir ki, sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
Babək rayonunda qəzada ölən gənc tələbə imiş
Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi olub. Xatırladaq ki, Nail İlham oğlu Əlizadəmayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanada […]
Girdimançayda selə düşən 3 nəfər xilas edilib
Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər – Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan 3 nəfər “Niva” markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıb. Hadisə ilə […]
Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı
Şamaxı rayonunda sərnişinləri daşıyan mikroavtobus çayın ortasında qalıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün baş verib. Rayonun Qaleybuğurd kəndi istiqamətində hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusu kənd ərazisindəki çayın məcrasındakı daşlıq və lillik əraziyə düşüb. Nəticədə avtobus hərəkətini davam etdirə bilməyib. Hazırda sərnişinlərlə dolu mikroavtobusun ərazidən çıxarılması üçün tədbirlər görülür. Məlumata görə, […]
