Hadisə
Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü
Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır.
Gədəbəydə 46 yaşlı şəxsin meyiti tapılıb
Gədəbəy rayonunun Arıqıran kəndində Mahir Yunisovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 46 yaşlı kənd sakininin meyiti yaşadığı evin həyətində tapılılb. Faktla bağlı araşdırma aparılır.
Bakıda evdə PARTLAYIŞ: Ölən və xəsarət alanlar var
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla […]
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək öldü
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Canlixeber.com verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq həyatını itirib. Faktla bağlı […]
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb. 1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov […]
Bakıda taksi qəzaya düşüb: 3 iranlı tələbə və azyaşlı xəsarət alıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.Canlixeber.com xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb. Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il […]
Bakıda inək 64 yaşlı kişiyə hücum edib, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda 64 yaşlı kişi inəyin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb. Canlixeber.com verir ki, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Füzuli İmamverdi oğlu Əliyev yaşadığı küçədə inəyin hücumuna məruz qalıb. Nəticədə o, burun və qol sümüyünün sınığı, həmçinin qapalı kəllə-beyin travması alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb. […]
Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, xəsarət alanlar var
Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza Uzundərə ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib. Eyni zamanda ötən ay 14 klinika […]
Şəkidə 5 nəfəri it dişləyib
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib. Yaralılar […]
