October 2026
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb. Canlixeber.com “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb. Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb. Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi […]
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – sonuncu mərhələsinə start verilib. Canlixeber.com xəbər verir ki, iştirakçılar son mərhələdə Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Marafon Azərbaycan Respbulikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası […]
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb. Canlixeber.com xəbər verir ki, rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb. Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq. Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 […]
Ər-Riyaddakı hava limanına raket hücumu: 12 ölü, 300-dən çox yaralı var
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd vətəndaşı ilə yanaşı, digər ölkələrin vətəndaşları […]
Ağdaşda avtomobil traktorla toqquşub – Yaralananlar var
Ağdaşda avtomobil traktorla toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Cüvəkənd yaxınlığından keçən yolda baş verib. Ki Minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində yaralanan 1982-ci il təvəllüdlü Qədir İmran oğlu Qədirov və onun həmyaşıdı Nəsirova Samirə Yolçu qızı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 2008-ci il təvəllüdlü Niyaməddin Quliyev bıçaq xəsarəti alıb. İlkin ehtimala görə, hadisəni onun qardaşı, eyni yaşlı Xaləddin Quliyev törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
EHF Avropa Kuboku: “Kür” bu gün APOEL-lə cavab oyununa çıxacaq
Qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək. Ötən gün Mingəçevir klubu ilk qarşılaşmada inamlı qələbə qazanıb – 40:18.
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Milli bu rəqibi keçəcəyi təqdirdə, növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq. Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 […]
Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub
Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub. Canlixeber.com xəbər verir ki, bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib. Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra […]
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
