October 2026
Qəzadan sonra avtomobildən çıxmaq istəyən sürücünü elektrik cərəyanı vuraraq öldürdü
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Məlumata görə, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev VAZ-2107 markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək aşıb və avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmağa çalışarkən onu elektrik […]
Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Yaponiyaya uduzaraq mübarizəni dayandırdı
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Yaponiya yığmasına məğlub olub. Canlixeber.com xəbər verir ki, 1/8 final mərhələsində tatamiyə çıxan komandamız rəqibinə 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bundan əvvəl Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığmasını 4:0 hesabı ilə məğlub edib. Qadınlardan ibarət komandamızın heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova […]
“Sumqayıt” ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti oyunlar keçirilib. Canlixeber.com xəbər verir ki, günün ilk görüşündə “Zirə” komandası “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” komandası isə evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Bu, “kimyaçılar”ın mövsümdə ilk qələbəsi olub.
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür. Canlixeber.com xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları […]
Minik avtomobili aşdı – Sürücü xəsarət aldı
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı gənc Polşada vəfat etdi
Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. Canlixeber.com xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş. Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.
Ayaz Vəfalı vəfat etdi
Görkəmli şair, tərcüməçi, uzun müddət “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib. Canlixeber.com xəbər verir ki, bu haqda kulturoloq Aydın Xan məlumat yayıb. Ayaz Rza oğlu Cəfərov 1937-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi olub. O, müxtəlif illərdə […]
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur. Oxu.Az xatırladır ki, bu əlamətdar gün 2011-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66/170 saylı qətnaməsi ilə təsis edilib. Məqsəd qız uşaqlarının hüquqlarını tanıtmaq, onların üzləşdikləri problemlərə diqqət çəkmək və bərabər imkanların yaradılmasını təşviq etməkdir. Beynəlxalq Qız Uşaqları Günü dünyanın müxtəlif ölkələrində qızların qarşılaşdıqları […]
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddət başa çatmamış Atlantik və ya Sakit okeanın adını “Tramp okeanı” və ya “Amerikalar okeanı” olaraq dəyişdirməyi planlaşdırır. Canlixeber.com xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp […]
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənninin bir müddət əvvəl ürəyində problem yaranıb. Qeyd edək ki, Daşqın Eldarlı Gəncədə və ətraf bölgələrdə tanınan […]
