August 2026
Bu gün hava necə olacaq?
Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. […]
Sabirabadda məktəbli qızın meyiti tapıldı
Sabirabad rayonunda yeniyetmə qızın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.M.-in meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
“Mercedes” işıq dirəyinə çırpılıb – 3 nəfər xəsarət aldı
İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova müxtəlif xəsarətlər alıblar. Yaralılar İmişli […]
Oğlu öldürülən ata qisas almağa çalışdı – 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. Canlixeber.com xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula […]
Evdən 10 min manat oğurlayan şəxs saxlanılıb
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin […]
FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. “Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi […]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb. Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 74:71. Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək. Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), […]
Nizamidə taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Nizami rayonu ərazisində taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan […]
Gəncədə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib. İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya […]
Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb
Azərbaycanda qeydə alınan 61 cinayətin üstü avqustun 7-də açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, onlardan 17-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.
