1 min read

“Fenerbahçe” 3 futbolçu ilə yolları ayırır

Yay transfer dönəmində heyətini mühüm futbolçularla gücləndirən “Fenerbahçe”də legioner sayının artması səbəbindən üç futbolçu ilə yolların ayrılması gözlənilir. Canlixeber.com xəbər verir ki, klub Dominik Livakoviç, Oqnen Mimoviç və Rodrigo Bekao ilə yolları ayırmağa hazırlaşır. Xorvatiyalı qapıçı Livakoviç üçün təxminən 4 milyon avro transfer haqqı tələb olunur. Sağ cinah müdafiəçisi Oqnen Mimoviçin isə yenidən icarəyə göndərilməsi […]

1 min read

Ölkədə olmayan səfiri XİN-ə çağırdılar

Ukrayna səfiri, ölkədəki Trans-Balkan Qaz Boru Kəmərinin kompressor stansiyası yaxınlığında Ukrayna pilotsuz təyyarəsinin səbəb olduğu ehtimal edilən partlayışdan sonra Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Canlixeber.com xəbər verir ki, Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, nazir Velislava Petrova 8 avqustda baş verən dron hadisəsi ilə əlaqədar Ukrayna səfiri Olesya İlaşçuku çağırıb. Xarici İşlər Nazirliyi qeyd edib […]

2 mins read

“Azərişıq” ASC Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir

Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Canlixeber.com xəbər verir ki, Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik […]

1 min read

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq […]

1 min read

Cansever vəfat etdi

Müğənni Cansever vəfat edib. Canlixeber.com xəbər verir ki, Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib. Şimali Makedoniya əsilli ifaçı uzunsürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada həyatını itirib. Cansever “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi mahnılarla məşhurlaşıb.

1 min read

Azərbaycanda iki vəkil HƏBS OLUNDU

Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib. Canlixeber.com Gununsesi.info-ye istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Abdullayev Rəşad Tapdıq oğlu və Əliyev Süleyman Hüseynqulu oğlu barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il […]

1 min read

Goranboyda evdən 18 yaşlı gənc qızın meyiti tapılıb

Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda […]

1 min read

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb. İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub. Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə nəticəsində avtomobilə və […]

1 min read

Ucarda avtomobilin vurduğu velosipedçi ölüb

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedçini vurub. Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]

1 min read

Hava şəraiti DƏYİŞƏCƏK: Leysan və dolu gözlənilir – XƏBƏRDARLIQ

Avqustun 9-da axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.