August 2026
Nikol Paşinyan İlham Əliyevə zəng edib
Avqustun 8-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası […]
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda […]
Cəlilabadda iki evin həyətyanı sahəsi yanıb
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb. Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən […]
Bəzi müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi […]
Xocavənddə traktor minaya düşüb
Xocavənd rayonunda traktor minaya düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb. Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
Şəmkirdə kişi sükan arxasında ÖLDÜ
Şəmkirdə kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəmkir şəhər sakini 58 yaşlı Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi “VAZ-21074” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Nəticədə nəqliyyat vasitəsi səkinin üzərinə çıxıb.
17 yaşlı qıza nişan mərasimi keçirildi – Valideynləri polisə dəvət olundu
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Canlixeber.com-a bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib. Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti […]
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub. Canlixeber.com xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb. Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu gün […]
Qaxda evdən meyit tapıldı
Qaxda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Qaxbaş kəndində qeydə alınıb. Bakı şəhər sakini 72 yaşlı Çingiz Musa oğlu Hümbətov evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır.
Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
