Vəkil
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, iş araşdırılması üçün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin icraatına verilib. Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib. Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində […]
Vəkilin adı cinayət işində hallanır
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov dələduzluqda ittiham olunur. Canlixeber.com musteqil.az-a istinadla xəbər verir ki, vəkilin adı barəsində başlanmış cinayət işi ilə gündəmə gəlib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla vəkilin müxtəlif vədlərlə vətəndaşlardan pul aldığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin […]
Vəkillər Kollegiyasının üzvü vəfat etdi
Vəkillər Kollegiyasının üzvü Loğman Abdullayev vəfat edib. Canlixeber.com xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Loğman Abdullayev 10 illik vəkillik təcrübəsinə malik olub.
