Sinqapur
Azərbaycan XİN Sinqapuru təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib. Canlixeber.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur”, – paylaşımda qeyd olunub.
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq […]
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat […]
