Xocalı
ANAMA əməkdaşı minaya düşüb
Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb. Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib. Bildirilib ki, minaya düşən 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov Goranboy rayon sakinidir. O, ANAMA-da tədqiqat rəhbəri vəzifəsində çalışır.
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb
Xocalı rayonunun Şuşakənd kəndində insan sümüyünə bənzər qalıqlar aşkarlanıb. Canlixeber.com xəbər verir ki, avqustun 12-də kənd ərazisində aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün götürülüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Azərişıq” ASC Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir
Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Canlixeber.com xəbər verir ki, Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik […]
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Xocalı rayonunun Şuşakənd kəndində Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Məlumata görə, boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb. Körpəyə Mustafa Kamal adı verilib. O, […]
Xocalıda yaşayış evinə ayı girib
Xocalı rayonunda yaşayış evinin həyətinə ayı girib. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında rayonun Badara kəndində, kənd sakini Piryev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evində baş verib. İlkin məlumata görə, vəhşi heyvan evin həyətyanı sahəsinə və təsərrüfat ərazisinə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Xocalıda yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib
Xocalı şəhərində artan məskunlaşma nəzərə alınaraq yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib. Bildirilib ki, şəhərin əsas su mənbəyi subartezian quyusudur. Mövcud tələbatın ödənilməsi məqsədilə daha bir quyu qazılıb, həmçinin Badara çayından şəhərə […]
Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndə indi 10 övladımla birlikdə qayıdıram
Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki,o, açıqlamasında uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib. A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb: “Kənddən çıxanda 10 yaşım vardı, yalnız 44 yaşımda doğma ocağımıza […]
