August 2026
Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Gəncədə fərdi yaşayış evində yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi […]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatında oyunları yekunlaşdırıb
Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb. Canlixeber.com xəbər verir ki, milli çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millinin üzvü Polina Şukina seçilib. Qeyd edək ki, Avropa çempionatı B […]
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında bildirib. “İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı […]
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI
“Polymarket” saytı 2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qalibi olmaq üçün bəzi komandaların şanslarını faizlə qiymətləndirib. Canlixeber.com xəbər verir ki, müxtəlif hadisələrin başvermə ehtimallarının qiymətləndirilməsi üzrə ixtisaslaşan platformanın proqnozuna əsasən, əsas avrokubok turnirinin favoritləri eyni anda üç komandadır – PSJ, “Real Madrid” və “Bavariya”. Turnirin ümumi mərhələsinin startı ərəfəsində İspaniya, Fransa və Almaniya nəhənglərinin ÇL-də […]
Bakıda qəza: “Hyundai” əks yola düşdü
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil hərəkət istiqamətindən çıxaraq yolun əks istiqamətinə düşüb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər
Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli […]
Azərbaycan XİN Sinqapuru təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib. Canlixeber.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur”, – paylaşımda qeyd olunub.
Birgünlük ziyarətçilərin Azərbaycanda xərcləri 25 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub. “Report” rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,5 % çoxdur. Birgünlük ziyarətçilərin 18 min 737 nəfəri və yaxud 85,5 %-i Azərbaycana tranzit məqsədilə səfər edib. Hesabat dövründə 1 072 nəfər işgüzar (+ 74,3 %), 866 nəfər (+29 %) qohum və dostlarını ziyarət etmək, 1 056 nəfər (+ 16,2 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. […]
Müctəba Xamenei uzun fasilədən sonra
İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar. Canlixeber.com “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunur. Kadrlarda Xameneinin dini təhsil alan tələbələrlə birgə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb. Görüntünü izləmək üçün buraya klikləyin
