İqtisadiyyat
Birgünlük ziyarətçilərin Azərbaycanda xərcləri 25 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub. “Report” rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,5 % çoxdur. Birgünlük ziyarətçilərin 18 min 737 nəfəri və yaxud 85,5 %-i Azərbaycana tranzit məqsədilə səfər edib. Hesabat dövründə 1 072 nəfər işgüzar (+ 74,3 %), 866 nəfər (+29 %) qohum və dostlarını ziyarət etmək, 1 056 nəfər (+ 16,2 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. […]
