1 min read

Samuxda Kürdə batan qızın meyiti TAPILDI

Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

8 mins read

“Uğurlu RTM sadəcə trendə qoşulmaq deyil, gündəmin içində yerli brend kimliyi qorumaqdır” – Müsahibə

Sosial medianın informasiya axını brendlərin kommunikasiya sürətini tamamilə dəyişib. Aylıq kontent planları artıq kifayət etmir; gündəmin saniyələr içində dəyişdiyi mühitdə real vaxtda reaksiya vermək — yəni Real-Time Marketing (RTM) taktiki seçimdən deyil, strateji zərurətdən doğur. Bəs hər viral hadisə brend üçün fürsətdirmi? Ceki Çanın Bakıdakı çəkilişləri, “Nihilist Pinqvin” fenomeni və ya yerli bazarda buraxılan ağır […]

1 min read

Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma […]

1 min read

Çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 10-da mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 10-a gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]

1 min read

Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub

Bakının Xətai rayonunda güclü yanğın baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin məlumata görə, yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar. Hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin […]

1 min read

Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəmkirdə bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Tovuzda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Rayon sakini məxsus evdə qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. […]

1 min read

Qaxda 47 yaşlı qadını ilan sancıb

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib. Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb. A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. İsgəndərovaya lazımi […]