August 2026
“Gəncə” Tariyel Yusifzadəni yenidən heyətinə qatıb
“Gəncə” heyətinə daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, T.Yusifzadə 2023/2024 mövsümündə də “Gəncə”nin formasını geyinib. Basketbolçu son olaraq “Ordu”da çıxış edib.
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi
Puertorikolu keçmiş boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə idmançının atası və məşqçisi Riçard Kolon öz “Instagram” hesabında paylaşım edib. İdmançının atası oğlunun artıq daha yaxşı bir yerdə olduğunu bildirib. O qeyd edib ki, övladının arzusunu reallaşdıraraq onu dincəlmək üçün Puerto-Rikoya aparmaq istəsə də, bu istəyi baş tutmayıb. Ata […]
Kolleclərə qəbulun nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıbn Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə […]
İcra başçısını təhqir etdi, həbs olundu
Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib. Canlixeber.com xitab24.az-a istinadla xəbər verir ki, səbəb 1992-ci il təvəllüdlü kənd sakininin ümumi istifadə üçün nəzərdə tutulan yolu bağlaması olub. Həmin şəxs evinin ön hissəsindən kənd camaatının öz mal-qaralarını aparıb-gətirməsinin onun ailəsinin narahatlığına səbəb olduğunu bildirib və bu şikayətlə kənd icra […]
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı
Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz […]
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA
Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın […]
Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub
Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub. Canlixeber.com-un xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, […]
Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının […]
Ağdaşda avtomobil su kanalına aşıb
Ağdaşda avtomobil su kanalına aşıb. Canlixeber.com xəbər verir ki, hadisə Ağzibir və Kotavan kəndləri arası sərt döngədə baş verib. İdarəetmədən çıxan maşın yol kənarındakı su kanalına aşıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü rayon sakini Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlanıb
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb. Qarşılaşma avqustun 20-də “Qrols Veste” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.
