August 2026
Bakıda iki mikromobillik zolağı birləşdirildi
Bakının Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də quraşdırılması nəzərdə tutulur.
Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu
Samux rayonunun Alıuşağı kəndində post quraşdırılıb. Canlixeber.com xəbər verir ki, avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət olunur. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin rəsmiləri də var. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb. Məlumat üçün bildirək ki, […]
UEFA Konfrans Liqası: “Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb. Canlixeber.com xəbər verir ki, matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək. VAR-da Kristoffer Haqenes, AVAR-da avstriyalı Alan […]
DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın
Son günlər “WhatsApp” tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab […]
Azərbaycan millisinin basketbolçusu Ulaş Can Turğut “Neftçi”yə qayıdıb
Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” basketbol komandası heyətinə daha bir oyunçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisindən məlumat verilib. Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. 23 yaşlı hücumçu 2024-cü ildə məhz “Neftçi”nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə “Gəncə”də […]
“Sabah” ABŞ-dən olan basketbolçu Kuinsi Ballardla müqavilə imzalayıb
“Sabah” heyətinə ABŞ-dən olan daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Kuinsi Ballardla anlaşma əldə olunub. 25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Lənkəranda açıq ərazilərdə yanğınlar söndürülüb
Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınlar baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Baş Prokurorluq mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb.
Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib. Qeyd edilib ki, Vətən Müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər […]
Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında (MR) aksizli məhsulların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin satışı və satış məqsədilə saxlanılması faktları aşkarlanıb. Canlixeber.com xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları müəyyən […]
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının “Sea Breeze”də keçiriləcək mərhələsində 16 komanda iştirak edəcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, “Arrasate Ointxe” (İspaniya) kollektivləri yarışda mübarizə aparacaq. Turnirdə günün matçları avqustun 15-də keçiriləcək və oyunlar […]
