August 2026
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Valeh Hidayət oğlunu yol keçən zaman avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada […]
Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək […]
Misli Premyer Liqası geri döndü: “Turan Tovuz” “Qəbələ”yə QARŞI
Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq. Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək. Belə ki, “Araz-Naxçıvan” – “İmişli”ni, “Sabah” “Kəpəz”i avqustun 15-də, “Sumqayıt” “Neftçi”ni, “Zirə”, “Şəfa”nı […]
Zaqalatada avtomobil aşıb: Xəsarət alanlar var
Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov “Lada Priora” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına […]
Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir – XƏBƏRDARLIQ
Avqustun 14-15-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 14-ü çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. […]
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1 810 ədəd psixotrop tərkibli “Metadon M-40” həbini qaçaqmalçılıq yolu […]
Kənd Təsərrüfatı Nazirliyi: Samuxda təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Kənd […]
Samuxda 9 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı dövlət qurumları birgə məlumat yaydı
Samux rayonu üzrə qeydə alınan qarayara ilə bağlı ilkin araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd edilib […]
