July 2026
Ağdaş sakininin meyiti yaşadığı evin həyətindən tapıldı
Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanlar saat 10:00-da və 16:00-da […]
Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (“EuroBasket 2029”) ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq. Cənlixeber.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edəcək. Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq. Xatırladaq ki, Azərbaycan millisi A qrupunda 7 xalla […]
Xaçmaz rayonunda zəlzələ olub
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub. Zəlzələ hiss edilməyib.
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Canlixeber.com xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. […]
Bu gün hava necə olacaq?
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
“Səbail” Abbas Ağazadə ilə müqavilə imzalayıb
“Səbail” növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə “1+1” illik müqavilə imzalanıb. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən hotelin qarşısından “Vajaj-Pulfa” markalı motosiklet oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə zərərçəkən polisə müraciət edib. Binəqədi RPİ 5-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı R.Məmmədli motosikletlə birgə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs ona məxsus olan eyni markalı motosikleti təmir etmək üçün otelin […]
Laçına dolu düşüb – FAKTİKİ HAVA
İyulun 4-ü saat 15:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda o da bildirilib ki, saat 14:07-14:11 radələrində Laçın rayonunun Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə intensiv yağışla birlikdə diametri 8-10 mm olan dolu düşüb.
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
