1 min read

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə […]

1 min read

Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb

Bakıda 72 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini – 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb. Canlixeber.com xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib. Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.

1 min read

Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib

Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub. Canlixeber.com xəbər verir ki, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək […]

1 min read

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı saxlanılan, […]

1 min read

Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü

Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır.

1 min read

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı

İyulun 3-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 3 fakt […]

1 min read

İtkin düşən 9 nəfər tapıldı

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iyulun 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.