July 2026
64 yaşlı kişi Zəngilanda çayda boğulub
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən […]
Zərdab sakininin su arxından meyiti tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qubada QƏZA: Yaralılar var
Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, VAZ-2107 markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb. İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Evimizin Yeni Üzvü: İt, yoxsa Pişik?
Həyat tempinin sürətləndiyi və tənhalığın qlobal problemə çevrildiyi müasir dövrdə ev heyvanı saxlamaq sadəcə bir həvəs deyil, həm də psixoloji ehtiyac halını alıb. Lakin potensial sahiblər hər zaman eyni klassik sualla qarşılaşırlar: İt, yoxsa pişik? Bu seçim sadəcə heyvan sevgisi ilə məhdudlaşmır, həm də insanın gündəlik yaşam tərzi və xarakteri ilə birbaşa bağlıdır. Canlixeber.com sizlər […]
Azərbaycan idmançıları “Mixeil Xergiani Cup 2026” turnirinin final mərhələsinə yüksəliblər
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mixeil Xergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq növü üzrə final mərhələsinə vəsiqə qazanıblar. Canlixeber.com xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunan Azərbaycan komandasının üzvləri təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar. Qeyd […]
Avropa Kuboku: Azərbaycan cüdoçusu Əbil Yusubov gümüş medal qazanıb
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb. Canlixeber.com xəbər verir ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısında qələbə qazanıb. Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub. Qeyd edək ki, […]
Turan Tovuz yeni qapıçı transfer edib
“Turan Tovuz” komandası yeni qapıçı transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb Bildirilib ki, rusiyalı qapıçı Aleksey Kenyaykinlə 2 illik müqavilə bağlanıb. “27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boyu olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib”, – deyə məlumatda qeyd edilib.
Bakıda bu taksilər qiyməti artırdı
Bakıda taksilərin qiymətində dəyişiklik olub. Bakıətrafı qəsəbələrə işləyən taksilər bir neçə gündür ki, gediş haqqını 50 qəpik artırıb. Canlixeber.com xəbər verir ki, metronun “Koroğlu” stansiyasının ərazisindən Bakı kəndlərinə və ətraf qəsəbələrə taksilər işləyir. Sakinlərin “manatlıq” adlandırdıqları bu avtomobillər hər gün Yeni Ramana, Suraxanı, Binə, Mərdəkan, Şüvəlan, Qala, Zabrat və Pirsağı istiqamətində minlərlə sərnişin daşıyırlar. Adambaşı ödəniş […]
Bəzi ərazilərdə leysan yağıb – FAKTİKİ HAVA
İyulun 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, […]
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, vu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları […]
