July 2026
Balakən və Zaqatalada leysan yağışları fəsadlar törədib
Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub. Canlixeber.com xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb. İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib. Böyük Qafqaz dağlarının cənub […]
UEFA Konfrans Liqası: “Zirə” “Torpedo Kutaisi”ni qəbul edir
Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” – “Torpedo Kutaisi” (Gürcüstan) oyunu keçiriləcək. Canlixeber.com xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Gəncədə 38 yaşlı kişi bıçaqlandı: Qardaşı oğlu şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü H.Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
İyunun 8-də iki rayonda elektrik enerjisi ilə bağlı məhdudiyyətlər yaşanacaq. Canlixeber.com xəbər verir ki, təmir işləri səbəbindən yaranacaq fasilələrin qrafiki aşağıdakı kimidir: Biləsuvar rayonu: Saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd, Səmədabad və Amankənd kəndlərində işıq olmayacaq. Cəlilabad rayonu: Saat 13:00-dan 15:00-dək Günəşli, Sabirabad və Alar kəndlərinə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək. Təmir-bərpa işləri başa çatdıqdan […]
Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var
Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.
Bu gün hava necə olacaq?
İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer […]
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müşavirədən […]
Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək
Azərbaycanda ərazilərin tam bərpa edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək yeni sosial-demoqrafik qiymətləndirmə və əhalinin siyahıyaalınması həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ölkədə növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə həmin ilin oktyabrın 1-dən […]
Rusiyada 14 il əvvəl törədilən qətl işi üzrə məhkəmə başlayır
Rusiya Federasiyasında 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 2012-ci il dekabrın 24-də Rusiya Federasiyası ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət […]
Generala yüksək vəzifə verildi – TƏYİNAT
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.
