July 2026
Astaraya yeni baş memar təyin edildi
Astara Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı icra başçısı sərəncam imzalayıb. Sərəncamla Azər Əhmədov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təsdiqlənib.
“Qızılağac” qoruğunda yanğın olub
Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək. Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” […]
Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışları davam etdirilir
4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq […]
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı […]
Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarımili ərzində ümumilikdə 9 757 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4 852 nəfəri Dövlət Miqrasiya Xidməti […]
Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan gəncin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
“İmişli” “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdı
“İmişli” yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə birillik müqavilə imzalayıb. Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.
Suda boğulma zamanı hansı addımlar atılmalıdır?
Yay mövsümündə insanların çimərliklərə, çay və göllərə üz tutması ilə suda boğulma halları da aktuallaşır. Belə hadisələrdə ilk dəqiqələr həyati əhəmiyyət daşıyır və doğru atılan addımlar insan həyatını xilas edə bilər. Təəssüf ki, bəzən təşviş və məlumatsızlıq vəziyyəti daha da ağırlaşdırır. Bəs suda boğulma zamanı hansı tədbirlər görülməli, zərərçəkənə ilk yardım necə göstərilməlidir? Canlixeber.com-un araşdırmasında […]
Şüvəlanda dənizdən 28 yaşlı gəncin meyiti tapıldı
7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti […]
