July 2026
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” – Təfərrüat
Yevlax şəhərində 35 yaşlı kişi ögey qardaşını öldürüb. Canlixeber.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Mərdan mağazadan spirtli içki alaraq içmək üçün yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən ərzaq mağazasına gedib. Oradan spirtli içki olan pivə alaraq parkda içib və orada bir müddət oturduqdan sonra gecəyarısı yaşadığı evə qayıdıb. Evin qapısından həyətə daxil olduqdan […]
Bakıda 70 kq narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram […]
İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. Canlixeber.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib. Məhkəmə istintaq müddətində […]
Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
Salyan rayonunda 34 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib. Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bakıda marketdən 5 min manatlıq oğurluq edilib
Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb. Canlixeber.com xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib. Araşdırmalar davam etdirilir.
Yay mövsümündə balıq istehlak edərkən nələrə diqqət etməliyik?
Yay mövsümündə havaların isti keçməsi qida məhsullarının, xüsusilə də balığın saxlanma şəraitinə daha ciddi nəzarət edilməsini zəruri edir. Mütəxəssislər bildirirlər ki, düzgün saxlanılmayan və ya təzəliyini itirmiş balıq məhsulları qida zəhərlənmələrinin əsas səbəblərindən biri ola bilər. Belə halların qarşısının alınması üçün həm satış məntəqələrinin gigiyenik tələblərə əməl etməsi, həm də istehlakçıların məhsul seçərkən diqqətli davranması […]
“Sabah” “Qarabağ”dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
“Sabah” heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.
Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.. Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən […]
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb. Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla […]
İkinci kurs tələbəsi vəfat etdi
Sumqayıtda tələbə vəfat edib. Canlixeber.com xəbər verir ki, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin II kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
