Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var
Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
