July 2026
NİİM skuter və velosiped sürücülərinə müraciət edib
Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu, qəza şəraitinin yaranmasına səbəb olub. “Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə […]
Ağdamın kəndində güclü yanğın
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu bərədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
UEFA Konfrans Liqası: “Zirə” növbəti oyununa çıxır
UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün növbəti oyununa çıxır. Canlixeber.com xəbər verir ki, 2-ci təsnifat mərhələsində “Zirə” Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq. Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək. Qeyd edək ki, ilk təsnifat mərhələsində “Zirə” hər iki oyunda Gürcüstanın “Torpedo Kutaisi” klubundan üstün olub. Hər iki […]
Bu gün hava necə olacaq?
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, […]
Azərbaycanda qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı
Bu ilin birinci yarısında qızılca və suçiçəyi xəstəliklərinə yoluxanların sayı məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 34 715 suçiçəyi, 130 qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ölkədə ümumən 27 777 nəfər suçiçəyinə, 10 nəfər isə qızılca xəstəliyinə yoluxub. Cari ilin […]
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşləri Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus “Subaru” markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili […]
Freddi Varqas Bakıya gəldi
“Neftçi”nin “Makkabi”dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır. Canlixeber.com xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi “ağ-qaralar”ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib. 27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir. Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika […]
Bakı metrosunda iş rejimi dəyişdirilir
“Neftçi” və “Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək. Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də “Neftçi” – […]
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə qərar Tarif (qiymət) Şurasının bugünkü iclasında qəbul edilib. İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib. Ticarət adı, farmasevtik […]
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
