July 2026
Çevik iş vaxtı rejimi praktikada müxtəlif formalarda tətbiq oluna bilər – HR ekspert
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında çevik iş vaxtı rejiminin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmiz üçün uyğun modellərin müəyyənləşdirilməsi, normativ hüquqi bazanın formalaşdırılması və mərhələli şəkildə tətbiqə başlanılması nəzərdə tutulur.Bu təşəbbüsün əsas məqsədi iş prosesinin daha səmərəli təşkilinə nail olmaq, nəticəyönümlü idarəetmə yanaşmasını gücləndirmək və işçilərin iş–həyat […]
Peşə təhsili müəssisələrinə 47 min müraciət qeydə alınıb
“2025-ci ildə peşə təhsili müəssisələrində 33 min plan yerinə 47 min şəxs müraciət edib”. Canlixeber.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, müraciət edənlər arasından 27 min nəfər tələbə adını qazanıb: “Ən çox müraciət olunan ixtisaslar kibertəhlükəsizlik, satış və marketinq, islahata rəqəmsal […]
Tovuz polisindən ƏMƏLİYYAT: İki nəfər tutuldu
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində […]
Şuşada tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılacaq
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin qiyməti 2 milyon 461 min 587,40 manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsinin bərpa-konservasiyası işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur. […]
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. Canlixeber.com xəbər verir ki, itdiyi ehtimal olunan 55 qoyun və 30 keçini özü ilə aparan çoban R.Rüstəmovun daha sonra həmin heyvanların 14-nü mənimsədiyi müəyyənləşib. R.Rüstəmovun eyni əməli əvvəllər də törətdiyi bildirilib.
Hüquqşünas alimə cinayət işi açıldı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından,barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Baş Prokuror yanında […]
Elmar Vəliyevə məxsus olduğu iddia edilən Ticarət Mərkəzi satışa çıxarıldı
Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb. Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir. Canlixeber.com xəbər verir ki, Gununsesi.info-niun yaydığı xəbərə görə, məşhur bazarın satılması ilə bağlı ilk hərrac avqustun 11-də baş tutacaq. Bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir. Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir. […]
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir. 2026-cı […]
Azərbaycanda analar və uşaqlar üçün milyonluq TENDER
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin qiyməti 2 milyon 558 min 259.59 manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində ümumilikdə 85 adda tibbi […]
FHN üç xilasetmə əməliyyatı keçirdi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər […]
