July 2026
KMBİ hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov […]
VI “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib
“Yüksəliş” müsabiqəsinin VI mövsümünün final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. “Report” xəbər verir ki, VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var. Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir. Yaş qrupları üzrə aparılan təhlilə əsasən, […]
Lerikdə “Niva” aşıb
Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Cənlixeber.com xəbər verir ki, hadisə bu gün saat 08:30-da Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində, Peştətük kəndi ərazisində baş verib. Lerik rayon sakini Aslan Cəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Avtomobildə sürücü tək olub və yüngül bədən xəsarətləri alıb.
“Arzum” həbsdən BURAXILDI
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer – “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib. Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə […]
Xalq artisti Tofiq Mirzəyevin ÖLÜM SƏBƏBİ BİLİNDİ: Harada dəfn ediləcək?
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət […]
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi […]
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Abşeron rayonunda üzərində xəsarətlər olan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 22-də Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Sabirabad rayon sakini 1987-ci il təvəllüdlü Namiq Nuruşovun baş nahiyəsində xəsarətləri olan meyiti tapılıb. Araşdırma aparılır.
Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı
Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib. Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır. “Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır”, – məlumatda […]
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin fəaliyyətini dayandırıb
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, […]
Erməni güləşçilər Bakıya gələcək
Ermənistanı təmsil edən güləşçilər Bakıda keçiriləcək güləş üzrə 17 yaşadək (U-17) idmançılar arasında dünya çempionatında iştirak edəcəklər. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, Ermənistan təmsilçiləri Bakıdakı çempionatda 16 idmançı ilə təmsil olunacaqlar. Qeyd edək ki, sözügedən turnir iyulun 27-dən avqustun 2-dək davam edəcək.
