Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
