June 2026
Roza Zərgərli Ramzan Kadırovla görüşüb
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb. Canlixeber.com xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. “Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və fəxrdir” , – deyə paylaşımda qeyd edib.
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə (xidmət haqqı tariflərinin) bağlı qərar qüvvəyə minib. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı […]
Meteohəssas insanların nəzərinə
İyunun 1-i üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu gün hava necə olacaq?
İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
İyunun 1-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
