Tovuzda keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının yeri dəyişdirildi
Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.
