June 2026
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, vu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. İntensiv yağıntıların səbəb ola […]
Vətəndaşları şantaj edən “jurnalist-bloqer” həbs olundu
Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloqer adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş “Regionxeber” və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial […]
ADY: Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Canlixeber.com xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır: “Sərnişinlər həm kassalar, həm mobil […]
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. […]
”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub
“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə “TikTok” platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
Sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlarda ümumilikdə 2 351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1926 nəfər (1890 nəfər ingilis dili, 16 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 389 nəfər […]
Bakıda QƏZA: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb […]
İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İslər Nazirliyi məlumat yayıb. Tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış […]
Gəncədə moped sürücüsü qəzada öldü
Gəncədə moped sürücüsü qəzada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Land Cruser” markalı avtomobil yolla hərəkət edən mopedə çırpılıb. Hadisə zamanı moped sürücüsü aldığı ağır bədən xəsarətlərindən yerindəcə vəfat edib. İlkin məlumata görə, qəzada ölən 2004-cü il təvəllüdlü sürücü Amin İsmayılov kuryer işləyirmiş. Hadisə yerinə yol polisi əməkdaşları cəlb […]
Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşüb
Xankəndidə baş verən yol-nəqliyyat hadisəsi zamanı Qarabağ Universitetinin tələbəsi xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzi meydanında qeydə alınıb. Hərəkətdə olan “Lada Priora” markalı avtomobil motosiklet idarə edən Səid Allahverdiyevlə toqquşub. Nəticədə Səid Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, S.Allahverdiyev Qarabağ Universitetinin Menecment ixtisasının II kurs tələbəsidir. Tədris ili […]
