June 2026
Bu gün hava necə olacaq?
İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]
Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: Xəsarət alanlar var
Salyan rayonunda “Ford Transit” markalı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində beş nəfər – 1957-ci il təvəllüdlü Etibar Ağamməd oğlu Həsənov, 1969-cu il təvəllüdlü Xoşqədəm Əli qızı Veysəlova, 2006-cı il təvəllüdlü Gülşən Tehran qızı Veysəlova, […]
Sertifikasiya imtahanı verən müəllimlərin NƏZƏRİNƏ
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA) məlumat yayıb. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında 6 455 nəfər müəllim iştirak edib və 98% davamiyyət qeydə alınıb. Qeyd edək ki, test imtahanı mərhələsi ilə […]
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Canlixeber.com bu barədə ƏƏSMN məlumat yayıb. Bildirilib ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. Qeyd edilib ki, bundan əvvəl iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, […]
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi
Azərbaycan Respublikası və Qırğız Respublikasının baş prokurorluqları arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. “Mülki, ailə […]
“Neftçi” yeni transferini AÇIQLADI
“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, qvadeluplu müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Bir çox banka məxsus kartlardan VƏSAİT SİLİNİR – Problemlə bağlı RƏSMİ AÇIQLAMA
“Azərikard” Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranan problemlə bağlı açıqlama yayıb. Canlixeber.com xəbər verir ki, açıqlamaya əsasən, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib. Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur. “Məsələ […]
Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ – SƏBƏB
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. AZAL-da bütün qərarlar sərnişinlərin və […]
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır. Canlixeber.com xəbər verir ki, namizədlər 6 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə […]
