Bakı-Tbilisi qatarı
Bakı-Tbilisi qatarı yolda qaldı – SƏBƏB
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, ADY-dən problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradıldığı bildirilib. Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
ADY: Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Canlixeber.com xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır: “Sərnişinlər həm kassalar, həm mobil […]
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq […]
ADY rəsmisi: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir
Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. Canlixeber.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.
ADY qatarları ilə Tbilisiyə səyahət edəcək sərnişinlərin nəzərinə
Bakı-Tbilisi reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz sığorta şirkətindən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta şirkətinin agentindən əldə edə bilərsiniz. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı […]
Bakı–Tbilisi–Bakı qatarı ilə səfər edəcəklərə şad xəbər
Bakı-Tbilisi-Bakı reyslərində Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. Qeyd edilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan […]
Bakı-Tbilisi-Bakı qatar reysində siniflər üzrə QİYMƏTLƏR
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərə üç sinif üzrə xidmət göstərəcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, marşrut üzrə komfort, komfort+ və lüks siniflər mövcud olacaq. Gediş haqları isə seçilən sinfə uyğun olaraq müəyyənləşdirilib. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycan Dəmir Yollarının […]
Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq
Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: […]
