Bakıda QƏZA: Ölən var
1 min read

Bakıda QƏZA: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Fakta görə cinayət işi başlanılıb.