May 2026
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
“UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA Konfrans Liqasında iştirakının sual altında olmasına dair iddialara münasibət bildirərkən deyib. O, komandanın 2025/2026 mövsümünü uğurla başa vurduğu və idman prinsipləri qorunmaqla […]
“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən […]
AZAL Gəncə – Sankt-Peterburq uçuşlarını bərpa etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə – Sankt-Peterburq – Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. “Gəncədən təyyarə bu gün (dünən-red) Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək”, – AZAL-dan qeyd olunub. Bildirilib ki, bu istiqamətdə uçuş […]
Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, yarışın dördüncü günündə daha doqquz qarşılaşma baş tutub. Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar dəqiqləşib. A qrupu Yunanıstan 1:1 Bosniya və Herseqovina Slovakiya 1:2 Monteneqro Xal durumu: Bosniya və Herseqovina – 5, Yunanıstan – 4, Monteneqro – 4, […]
Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 31-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb. Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək. Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.
Ağcabədidə qadın meyiti tapılıb
Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb. Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib. Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Şamaxı” daha bir futbolçusu ilə vidalaşdı
Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölkə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.
