1 min read

Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb

Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qrupun rəhbəri Səid İsrafilov məlumat verib. Qrup rəhbərinin sözlərinə görə, zəvvarlar həcc əməllərini yerinə yetirdikdən sonra Vətənə qayıdırlar: “Həcc əməllərini başa çatdırdıqdan sonra zəvvarlar ötən gecə vida təvafını yerinə yetiriblər. Onlar avtobuslarla Ciddə Beynəlxalq Hava […]

1 min read

79 nömrəli marşrutun bütün avtobusları yenilənir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) məlumat yayıb. Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi […]

1 min read

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək. Canlixeber.com Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək. Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar. Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. […]

3 mins read

Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib. Canlixeber.com xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub. Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr […]

1 min read

Azərbaycanın cüdo millisi Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Məhəmməd […]

2 mins read

Bu gecə nadir astronomik hadisə baş verəcək

Bu gecə səma həvəskarlarını nadir astronomik hadisə gözləyir. “Qafqazinfo” xəbər verir ki, Ay həm “Mavi Ay”, həm də “Mikro Ay” fazalarına eyni vaxtda daxil olacaq və ilin ən kiçik görünən tam Ay kimi müşahidə ediləcək. “Mavi Ay” termini Ayın rənginin dəyişməsi anlamına gəlmir. Bu ad eyni təqvim ayı ərzində baş verən ikinci tam Aya verilir. […]

1 min read

Bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda isə qar yağıb. Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , […]

1 min read

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. […]

1 min read

Goranboyda çörək daşıyan yük avtomobili yandı 

Goranboyda yanğın hadisəsi baş verib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib. Yanğın […]