Slovakiya
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq […]
Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. “Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəldi
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib. “Tipos Arena”dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar. Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya […]
Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, yarışın dördüncü günündə daha doqquz qarşılaşma baş tutub. Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar dəqiqləşib. A qrupu Yunanıstan 1:1 Bosniya və Herseqovina Slovakiya 1:2 Monteneqro Xal durumu: Bosniya və Herseqovina – 5, Yunanıstan – 4, Monteneqro – 4, […]
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib. “Tipos Arena”da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar. Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib – 3:1. Xatırladaq ki, ötən gün Avstriyaya minimal […]
