May 2026
Azər Bağırov “Kəpəz”in baş məşqçisi vəzifəsindən ayrılıb
Azər Bağırov Kəpəzin baş məşqçisi vəzifəsindən ayrılıb“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmətindən bildirilib. Mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında 2025/2026 mövsümünü 27 xalla 10-cu pillədə başa vurub.
Millimizin 1/8 finaldakı rəqibi bəlli oldu
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub. Xatırladaq […]
Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Fransa ilə qarşılaşıb. Canlixeber.com xəbər verir ki, millimiz qrup birincisinin adına aydınlıq gətirmək üçün həlledici olan bu matçda Fransa yığmasının qapısından 3 top keçirib (3:1). Bununla da Azərbaycan millisi F qrupunun lideri kimi 1/8 finala yüksəlib.
Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı
Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Canlixeber.com xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb. Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb. Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar. Körpünün uçması sakinlərin hərəkətinə maneə […]
Azərbaycanlı iş adamı vəfat etdi
Sabirabad rayonunda tanınmış iş adamı vəfat edib. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, Sabirabad rayon bazarının müdiri Seyidəli Seyidov qəfil dünyasını dəyişib. O, tromboemboliyadan (ürək-damar çatışmazlığı – red.) vəfat edib.
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb
2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 19 181 nəfər təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müharibə əlillərinin 13 972 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Onlar ayda təxminən 472 manat Prezident təqaüdü alırlar. […]
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb. Modern.az- istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib. Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub. Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən […]
Azərbaycanda neçə Qarabağ veteranı var? – Rəsmi RƏQƏM
2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda “Müharibə veteranı” statusu olan 183 087 nəfərə aylıq 80 manat Prezident təqaüdü verilir. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, bu barəds Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, “Müharibə veteranı” adı daşıyanlardan 179 423 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdir (“Qarabağ veteranları”). 80 manat aylıq təqaüd […]
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. Canlixeber.com rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 17,6 % artaraq 46 min 334 nəfər, […]
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Canlixeber.com xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin […]
