Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur – Tarix açıqlandı
1 min read

Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur – Tarix açıqlandı

Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.

Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yolu xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılmışdı.

Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.