Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
Canlixeber.com verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb.
O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
