Yanğın
Sabirabadda yanğın törədən şəxs saxlanılıb
Sabirabadda yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Nərimanovda beşmərtəbəli binada yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş […]
